“Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Klubun rəsmi saytına açıqlama verən baş məşqçi "Olimpiya"nı ən çətin rəqib adlandırıb: “Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.