"Qarabağ" keçilməz deyil" - "Olimpiya"nın kapitanı

Oxunma: 423 TARIX /

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın kapitanı Branko İliç ölkə mətbuatına açıqlamasında püşkü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, o, "Qarabağ" haqda bunları deyib:

“Çətin rəqiblə qarşılaşacağıq. Lakin rəqibimiz keçilməz deyil. Rəqibi məğlub etmək və II mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Komandamıza inanırıq. Biz artıq keyfiyyətimizi sübut etmişik. Yaxşı hazırlaşmalıyıq”.