"Neftçi" Rumıniya klubları ilə qarşılaşacaq

Oxunma: 433 TARIX /

"Neftçi”nin iyunun 22-dən iyulun 6-dək Türkiyənin Topuk yaylası bölgəsində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda üz-üzə gələcəyi iki rəqibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, dörd yoxlama matçı keçirməyə planlaşdıran “ağ-qaralar”, iyunun 28-də Rumıniyanın "Dunarea Kalarasi” klubuna, iyulun 5-də isə bu ölkənin digər təmsilçisi "Politexnika”ya qarşı oynayacaq.

Digər iki oyundakı rəqiblərin adlarına yaxın zamanda aydınlıq gələcək.