"Qarabağ" "Olimpiya"ya uduzsa, rəbiqi kim olacaq?

Oxunma: 1241 TARIX /

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacağı haqda məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi sloveniyalıları keçəcəyi təqdirdə ikinci mərhələdə “Kukesi” (Albaniya) - “Valletta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komanda Çempionlar Liqasında ilk sınağından məğlub olsa, Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq. Artıq burdakı potensial rəqiblər də bəllidi.

“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubu “Lüdoqorets” (Bolqarıstan) - “Kruzaders” (Şimali İrlandiya) cütünün məğlubu ilə üz-üzə gələcək.