“Qarabağ” Avstriyaya yollanır

Oxunma: 258 TARIX /

Yeni mövsüm üçün Bakıda toplaşan “Qarabağ” hazırlığını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu sabah Avstriyaya yollanaraq təlim-məşq toplanışını orada davam etdirəcək.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk oyununu “Olimpiya” ilə iyulun 11-də səfərdə keçirəcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.