"Qəbələ" Sloveniya toplanışına start verdi

Oxunma: 210 TARIX /

2018-2019 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ" Sloveniya toplanışına start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bir həftəlik Qəbələ toplanışının ardından Sloveniyaya yollanan "qırmızı-qaralar" Moravske Toplitse bölgəsində "Hotel Ajda"da məskunlaşıblar.

Sənan Qurbanovun komandası günü bir məşqlə tamamlayıb. Günün ikinci yarısında baş tutan məşqə fiziki təmrinlərlə başlayan komandanın üzvləri, daha sonra toplu çalışmalar yerinə yetiriblər.