Baqali Dabo: "Biz özümüzü fikirləşməliyik"

Oxunma: 890 TARIX /

"Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına Avropa Liqasının püşkünü dəyərləndirdi.

İdmanxeber.com-un məlumatına görə, "Qəbələ"ni "Neftçi"yə dəyişən forvard macarlarla oyunun çətin keçəcəyini söyləyib:

"Rəqibin kim olduğundan asılı olmayaraq, oyuna tam olaraq köklənmək lazımdır. Avropa Liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər. Hər bir komandanın şansı var”.

Püşkün nəticəsini dəyərləndirən Dabo, "Uypeşt”i düzgün qiymətləndirməyə çağırdı. "Uypeşt” Macarıstan çempionatından Avropa Liqasında vəsiqə qazanmış bir komandadır, bu artıq bir göstəricidir. Amma biz daha çox özümüzü fikirləşməliyik”.

Yeni oyunçularının "Neftçi”yə gəlməsini qeyd edən Fransalı hücumçu, onların komandaya tez bir zamanda uyğunlaşmasının vacibliyindən danışdı: "Bizim bir neçə yeni oyunçularımız var, mən də onlardan biriyəm. Biz komandaya tez bir zamanda uyğunlaşmalıyıq, bir-birimizi yaxşı başa düşməliyik ki, Avropa Liqasında uğurlu çıxış edə bilək”.

"Neftçi”yə bu yaxınlarda qoşulan forvard, özünü komandada çox xoşbəxt hiss etdiyini bildirdi: "Burada olduğuma görə razıyam. Növbəti mövsümə bütün komanda kimi mən də ciddi hazırlaşıram”.