DÇ-2018: FIFA Meksikanı cərimələdi

Oxunma: 257 TARIX /

FIFA dünya çempionatında mübarizə aparan Meksika yığmasını cəzalandırıb. Buna meksikalı fanatların Rusiyadakı davranışları səbəb göstərilir.

İdmanxeber.com-un məlumatına görə, qrup mərhələsinin ilk turunda Almaniya ilə oyun (1:0) zamanı Meksika yığmasının azarkeşləri rəqib qapıçı Manuel Noyerə təzyiq göstərmək üçün müxtəlif təhqirlərə əl atıblar. Dünya futbol qurumu buna görə Meksika Futbol Federasiyasını 10 min dollar məbləğində cərimə edib.