UEFA "Qəbələ"nin oyununun yerini dəyişdi

Oxunma: 388 TARIX /

“Qəbələ”nin UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 12-də olacaq ilk qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi səfərdə yox, Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.