"Qarabağ"dan ayrılan İbrahim Şehiçin Türkiənin "Ərzurumspor" klubuna keçəcəyi ilə bağlı xəbərlər yalan çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Bosniya və Herseqovina yığmasının üzvünün indi də, "Rizespor"la anlaşacağı ilə bağlı iddialar irəli sürülür.yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcək. 

Məlumat üçün bildirək ki, Şehiçin adı İtaliyanın "Parma" və Türkiyə"nin "Ərzurumspor" klubları ilə hallanırdı. 29 yaşlı qapıçı Ərzurum təmsilçisi ilə ilkin anlaşma əldə etsə də, daha sonra "Çaykur Rizəspor"dan sərfəli təklif aldığı üçün qərarını dəyişib.