"Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Andrea Mezzu komandanın durumundan klubun rəsmi saytına danışıb.

İdmanxeber.com-un məlumatına görə, o, bunlları deyib:

"Hal hazırda mənim tərəfimdən komanda üzvlərinin qiymətləndirməsi gedir. Amma indidən deyə bilərəm ki, hər kəsin ağır məşqləri üçün yaxşı bazaları var. Ona görə də gündən günə məşqlərin intensivliyini artırıram. Komandanın ümumi fiziki vəziyyəti bir neçə gündən sonra tam bilinəcək”.