"Qarabağ" Avstriyada növbəti məşqə çıxdı

Oxunma: 265 TARIX /

"Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün yerli saatla saat 12:30-da günün ilk məşqinə çıxıb. Fitnes zalında çalışmalardan sonra futbolçular meydançaya yollanıb. İki qrup halında çalışan komanda “kvadrat” oynayıb, taktiki çalışmaları yerinə yetirib, sonda isə qapıya zərbələr üzərində çalışıb.