“Qarabağ” Bolqarıstan klubuna qarşı

Oxunma: 300 TARIX /

Avstriyada Çempionlar Liqasına hazırlaşan “Qarabağ” bu gün ilk yoxlama matçı keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Bolqarıstanın "Ludoqorets" klubuyla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" "Ludoqorets"lə yanaşı, iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) klubları ilə də yoxlama oyunları keçiriəcək.