"Qəbələ"nin Sloveniyada ilk sınağı

Oxunma: 279 TARIX /

Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qəbələ” Albaniya təmsilçisi ilə indiyədək 1 yoxlama oyunu keçirib. 2017-ci ilin qışında Türkiyə toplanışında olan “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəlib. Yoxlama matçında albaniyalılar qalib gəlib - 2:1.

Xatırladaq ki, “Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu “Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.

Yoxlama görüşü

20:00. “Qəbələ” (Azərbaycan) - “Kukesi” (Albaniya)