"Komandada ab-hava yaxşıdı" - "Neftçi"nin hücumçusu

Oxunma: 329 TARIX /

"Komanda yığılandan ilk oyunumuz idi". 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Türkiyə toplanışı çərçivəsində Makedoniyanın "Şkupi" komandasına qalib gəldikləri (2:0) yoxlama oyununu dəyərləndirərkən deyib.

Hücumçu Avropa Liqasının I təsnifat mərhələsində "Uypeşt"ə qarşı keçirəcəkləri matça hazır olmağa çalışacaqlarını bildirib: "Şadam ki, qol vura bildim, amma əsası odur ki, Avropa Liqasına qədər hazır olaq, tam optimal formanı yığaq. Komandada ab-hava yaxşıdı, çalışırıq məşqçilərinin bütün tapşırıqlarını yerinə yetirək”.

Qeyd edək ki, "Neftçi"nin ikinci qoluna Mirabdulla Abbasov imza atıb.