FİFA Almaniya millisinə qarşı intizam işi açdı

Oxunma: 426 TARIX /

FIFA Almaniya millisinin iki nümyəndəsinə qarşı intizam işi açıb.

İdmanxeber.com-un məlumatına görə, bunlar yığmanın meneceri Qeorq Bexlau və mətbuat katibi Ulrix Foyqtdur.

Buna səbəb onların İsveçlə oyunun son dəqiqəsində vurilan qələbə qolundan sonra isveçililərin ehtiyat oyunçular skamyasına tərəf qaçaraq qarşı tərəfə yumruq göstərib, əl çalıb və digər qıcıqlandırıcı hərəkətlər edib. Nəticədə tərəflər arasında toqquşa baş verib.