Prosineçki "Qarabağ"ı ziyarət etdi

Oxunma: 305 TARIX /

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki ötən gün “Qarabağ”ın qonağı olub.

İdmanxeber.com-un klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, hazırda Bosniya və Hersoqavina millisinin çalışdıran xorvatiyalı mütəxəssis yığmanın qapıçısı İbrahim Şehiçlə birgə Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ı ziyarət edib.

Baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və digər futbolçularla çay masası arxasında səmimi görüş olub.