“Qarabağ” daha bir futbolçu ilə yolları ayırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərinə görə, ukraynalı qolkiper Anton Kanibolotskiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Qarabağ" FK Kanibolotskiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Ağdam klubu bundan əvvəl Pedro Enrike , Ramil Şeydayev, Rahid Əmirquliyev, Ağabala Ramazanov, Əfran İsmayılov, Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə və Arif Daşdəmirovla da yolları ayırıb.

Kanibolotski 2017-ci ilin yayından “Qarabağ”da oynayırdı.