"Məncə, FİFA-nın qalibi “Fair-play” qaydaları ilə müəyyənləşdirməsi uğursuz variantdır. Hər hakimin oyuna fərqli baxışı var. Bəzisi sağa-sola vərəqə paylayır, bəzisi isə hətta kobud oyuna görə belə əlini cibinə atmır. Əgər növbəti mərhələyə vəsiqə “Fair-play” amilinə görə müəyyənləşirsə, onda gərək VAR (videotəkrar) sistemi hər bir vərəqəni yoxlasın".

İdmanxeber.com-un məlumatına görə, bu sözlər "Qarabağ"ın futbolçusu Yakub Jezniçaka məxsusdu. 

Jezniçak dünya çempionatı oyunlarının isti havada keçirilməsini də narazılıqla qarşılayıb: "Üstəgəl ora həqiqətən də çox istidir. Bunu yaxşı bilirəm. Çünki Bakıda da axşam saat 8-də, hava elə də isti olmayanda oynayanda görürsən ki, başqa ölkədən olan rəqiblərimiz 30-40-cı dəqiqədən sonra istidən "ölürlər", hərəkət edə bilmirlər".