İspaniyanın lazımsız rekordu

Oxunma: 211 TARIX /

DÇ-2018-in 1/8 final mərhələsində keçirilən İspaniya - Rusiya matçı yeni rekordla əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, Pireney təmsilçisi matç ərzində 1137 ötürmə edib ki, bu da dünya çempionatları tarixində rekorddu. Bu ötürmələrdən 1029-u (91 faizi) dəqiq alınıb.

Ancaq belə yüksək göstərici ispanları sevindirməyib. Əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə bitən görüşün penaltilər seriyasında Rusiya 4:3 üstün olub.