"Neftçi" haitili futbolçu ilə müqavilə bağladı

Oxunma: 400 TARIX /

“Neftçi” Soni Mustivarla da müqavilənin müddətini artırıb.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

Ötən mövsüm 8 oyunda 1 qola imza atmış haitili futbolçunun keçmiş müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunadək qüvvədə idi.

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev və Anton Krivotsyukla müqavilə yenilənmişdi.