Namiq Ələsgərov daha bir mövsüm "Neftçi"də

Oxunma: 119 TARIX /

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Namiq Ələsgərov 2019/20 mövsümünün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Ələsgərovun müqaviləsinin müddəti 2018/19 mövsümünün sonunda bitəcəkdi.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ruslan Abışov,Soni Mustivar, Kiril Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev və Anton Krivotsyuk müqavilə yeniləyib.