DÇ-2018: Subaşiç tarixə düşdü

Oxunma: 668 TARIX /

Xorvatiya yığmasının qapıçısı Daniel Subaşiç dünya çempionatlarının tarixinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, o, ötən gün Danimarka ilə oyundan sonrakı penalti seriyasında 3 zərbəni dəf etməklə rekorda şərik olub.

Belə bir uğura ilk dəfə portuqaliyalı Rikardo Pereyra imza atıb. O, 2006-cı ildə İngiltərə ilə 1/4 final matçında 3 penalti dəf etməklə rekord müəyyənləşdirmişdi.