"Qəbələ"nin sabiq futbolçusu Lorenso Ebesilionun yeni klubu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə,  26 yaşlı yarımmüdafiəçi Kiprin APOEL klubundan ayrılaraq, Serbiyanın "Srvena Zvezda" klubuna transfer olub. Hollandiyalı futbolçu 2+1 illik müqavilə imzalayıb. Bu keçid üçün "Srvena Zvezda" 600 min avrosundan keçib.

Qeyd edək ki, Ebesilio 2013/14 mövsümündə icarə əsasında Ukraynanın "Metallurq" klubuna "Qəbələ"yə keçmişdi. O, 32 oyuna 8 qol vurmuşdu.