"Qarabağ"dan ayrılan futbolçu "Sumqayıt"da

Oxunma: 300 TARIX /

2018/2019 futbol mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.


İdmanxeber.com-un məlumatına görə, U-21 millimizin üzvü Dmitri Nağıyevlə 1 illik müqavilə imzalanıb. Nağıyev "gənclik şəhəri" təmsilçisində 33 nömrəli formanı geyinəcək.


2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. Nağıyev həmçinin U-21 millimizin də (2015-2016, 2 oyun) şərəfini qoruyub.