"Qarabağ" "Sportinq"in futbolçusunu transfer edir

Oxunma: 477 TARIX /

"Qarabağ" transfer fəaliyyətini davam etdirir.


İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu "Sportinq"in yarımmüdafiəçisi Simeon Slavçevi heyətinə qata bilər. Bu barədə Portuqaliyan mətbuatı məlumat yayıb. Bildirilir ki, bolqarıstanlı futbolçu "Qarabağ"la müqavilə bağlamaq üçün Lissabon klubunun düşərgəsini tərk edib.


Bolqarıstan millisinin üzvü 2014-cü ildə "Litex"də "Sportinq"ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarında icarə əsasında çıxış edib. Simeon Slaveçevin "Sportinq"lə müqaviləsi 2019-cu ilin yayında başa çatır.