"Neftçi" "Səbail"ə uduzdu

Oxunma: 166 TARIX /

Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi”nin əvəzedici komandası bu gün yoxlama oyunu keçirib.


İdmanxeber.com-un məlumatına görə, Mahmud Qurbanovun yetirmələri "Səbail”in əvəzediciləri ilə qarşılaşıblar. "Bayıl Arena”da baş tutmuş görüşdə “ağ-qaralar” 2:3 hesabı ilə məğlub olub. "Neftçi”nin qollarını Kənan Qasımov və Azər İsmayılov vurublar.


Oyundan sonra 5 günlük istirahətə buraxılan əvəzedicilər iyulun 11-də "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxacaqlar.