Azərbaycan klubları üşçün 4-cü əvəzetmə

Oxunma: 254 TARIX /

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) UEFA bayrağı altında keçirilən bütün turnirlərdə əvəzetmələrlə bağlı yeni qərarlar qəbul edib. Bundan sonra klublar UEFA Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər.


Hər hansı oyun əlavə vaxta kimi davam etsə, komandalar dördüncü əvəzetmədən istifadə edə bilərlər. Bu dəyişiklik 2018/19 mövsümündən etibarən qüvvəyə minir və Millətlər Liqası, Çempionlar Liqası, Avropa Liqası, habelə DÇ-2020-də də tətbiq olunacaq.


UEFA miqyaslı yarışlarda Azərbaycan klubları və milli komandamız da mübarizə aparacaq və bu təcrübədən yararlanmaq şansına malik olacaqlar.