"Araz"ın rəqibləri müəyyənləşdi

Oxunma: 163 TARIX /

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatması keçirilib.

İdmanxeber.com-un məlumatına görə, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.

Qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin oyunları avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək.