"Qarabağ"ın "Olimpiya" ilə oyunlar üçün heyəti (SİYAHI)

Oxunma: 727 TARIX /

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə oyunlar üçün heyətini açıqlayıb.

Ağdam təmsilçisi bu matçlar üçün sifariş vərəqəsini UEFA-ya göndərib. Siyahıda 21 futbolçunun adı yer alıb. Komanda oyunun başlamasına 24 saat qalmışa qədər sifariş vərəqəsinə daha bir futbolçu əlavə edə bilər.

"Olimpiya" ilə ilk oyun 11 iyun tarixində Sloveniyada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.