Şehiçin yeni klubu müəyyənləşdi

Oxunma: 324 TARIX /

Mövsümün sonunda “Qarabağ”dan ayrılan İbrahim Şehiçin Türkiyənin “Ərzurumspor” klubuna keçidi rəsmiləşib.


İdmanxeber.com-un məlumatına görə, bosniyalı qolkiperlə 2+1 illik müqavilə imzalanıb. Məlumatı klubun rəsmi saytı yayıb.


Türkiyə mətbuatı Şehiçin “Ərzurumspor”da ilinə 550 min avro qazanacağını yazıb.