Ramil Şeydayev "Trabzonspor"da qaldı - RƏSMİ

Oxunma: 629 TARIX /

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Avstriyanın "Mattersburq" klubuna keçidi baş tutmayıb.


İdmanxeber.com-un məlumatına görə, bu barədə gənc hücumçunun müqavilə ilə məxsus olduğu "Trabzonspor" məlumat yayıb. Bildirilir ki, Şeydayev bir müddət əvvəl baş məşqçi Ünal Karamandan icazə alaraq yeni klubla danışıqlara başlasa da, bu, nəticəsiz qalıb. Bundan sonra futbolçu kluba gələrək baş məşqçiyə komandaya qayıtmaq istədiyini bildirib.


Ramil artıq "Trabzonspor"un düşərgəsindədi.  O, komanda ilə birgə Sloveniyada baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək.


Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.