FIFA İsveçi cəzalandırdı

Oxunma: 237 TARIX /

FIFA dünya çempionatının daha bir iştirakçısını cəzalandırıb.


İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumu  İsveç yığmasına qarşı cərimə tətbiq edib. Buna skandinaviyalıların İsveçrə ilə 1/8 final oyununda (1:0) FİFA-nın marketinq qaydalarını kobud şəkildə pozması səbəb olub.


Baş verənlərlə əlaqədar İsveç Futbol Federasiyası 70 min İsveçrə frankı (təxminən 60 min avro) cərimə olunub. FIFA oxşar qayda pozuntusuna görə bir gün öncə Xorvatiya Futbol Federasiyasını da cəzalandırmışdı.