Sxadadze Fransa çempionatında!

Oxunma: 298 TARIX /

Bakı “İnter”inin (indiki “Keşlə”) sabiq futbolçusu Baçana Sxadadzenin yeni klubu məlum olub.

Idmanxeber.com-un məlumatına görə, 30 yaşlı hücumçu Fransanın 3-cü liqasında çıxış edən “Bastiya” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gürcüstanlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, “İnter”in o vaxtı baş məşqçisi Kaxaber Sxadadzenin oğlu olan Baçana 2010-15-ci illərdə ölkəmizdə çıxış edib.  Baçananın son klubu Gürcüstan“Çixura”sı olub.