"Neftçi" bazasının adını dəyişdirdi

Oxunma: 295 TARIX /

“Neftçi”nin məşq mərkəzinin adı dəyişdirilib. İsmət Qayıbov adına “Neftçi”nin təlim-məşq bazası bundan sonra “Türk Hava Yolları Məşq Mərkəzi” adlanacaq.

 

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Neftçi”nin prezidenti Kamran Quliyev bildirib: “Bizim məşq mərkəmizinin adı bundan sonra “Türk Hava Yolları” adlanacaq. Hazırda bu məsələyə böyük diqqət yetiririk. Bizim bütün layihələrimizdə “Türk Hava Yolları”nın adı hallanacaq”.

 

“Neftçi” bu gün “Türk Hava Yolları” ilə müqavilə imzalayıb.  Müqavilənin müddəti 1 illik nəzərdə tutulub.