"Qarabağ" İtaliyadan futbolçu transfer edir?

Oxunma: 860 TARIX /

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" heyətinə daha bir qapıçı cəlb etməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu  "Virtus Entella" ilə yolları ayıran Alessandro Yakobuççi ilə maraqlanır. 27 yaşlı italiyalı qolkiperi  "Qarabağ"la yanaşı, "Olimpiakos"un da transfer etmək istədiyi iddia olunur.

Xatırladaq ki, “Qarabağ”  bu yay iki qapıçı -  Hannes Halldorsson və Vaqner da Silvanı transfer edib.