Ramil Şeydayevin "Mattersburq"a keçidi yenidən gündəmdə

Oxunma: 216 TARIX /

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Avstriya "Mattersburq"una keçidi yenidən müzakirə mövzusu olub.

İdmanxeber.com-un məlumatına görə, hazırda "Trabzonspor"unb düşərgəsində olan Şeydayevə Avstriya klubu transferlə bağlı növbəti təklifini göndərməyə hazırlaşır.

Qeyd edək ki,  Avstriya təmsilçisi “Trabzonspor”un gənc forvardını əsas heyət üçün düşünürlər. Klubun sahibi Martin Puçer may ayında yerli mətbuata açıqlamasında Şeydayevlə anlaşdıqlarını açıqlasa da, sonradan tərəflər ortaq məxrəcə gələ bilməmiş və 22 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıtmışdı.