Sabah Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" səfərdə Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaq.

Sözügedən görüşün canlı yayımlanıb-yayımlanmaması hələ də sual olaraq qalır. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.com-a açıqlamasında bildirib ki, böyük ehtimalla oyun canlı yayımlanmayacaq. Qarşı tərəf "Qarabağ"ın "youtube" kanalından da, canlı verilməsinə qarşıdı.

Qeyd edək ki, oyunun canlı yayımlanmamasına səbəb iyulun 11-də dünya çempionatının yarımfinal mərhələsində İngiltərə və Xorvatiya yığmaları arasındakı oyunun bu qarşılaşma ilə üs-üstə düşməsidi.  Belə ki, Sloveniya klubu "Qarabağ"a oyunun vaxtının dəyişdirilməsini təklif etsə də, "köhlən atlar" buna "yox" deyib. Məhz buna görə də, heç bir kanal DÇ-2018 matçı ilə üst-üstə düşən oyunu canlı yayımlamaq istəmir.