"Qarabağ" "Olimpiya" ilə oyuna hazırdı: Yalnız biri xaric

Oxunma: 810 TARIX /

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" sabah səfərdə Sloveniyanın "Olimpiya" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, "Qarabağ" sabahkı oyuna tam heyətlə hazırdı. Yalnız yeni transfer Hannes Halldorsson zədə səbəbindən Lyublyanadakı matçı buraxacaq.

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.