"Qarabağ" qələbə ilə başladı

Oxunma: 1304 TARIX /

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.ş

İdmanxeber.com-un məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" da bu gün mübarizəyə qoşulur.

Ağdam klubu ilk matçında səfərdə “Olimpiya”nın qonağı olacaq. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyada start verəcək.  

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi

İlk oyun

11 iyul

22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1

Qol:
Donald Gerrye, 79
Qırmızı vərəqələr: İssah Abass, 85 ("Olimpiya"), Qara Qarayev, 90+1 ("Qarabağ")
Baş hakim: Lourense Visser (Belçika)
Lyublyana. “Stojitse” stadionu