SON ANDA: "Olimpiya" - "Qarabağ" oyunu canlı yayımda!

Oxunma: 2794 TARIX /

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı canlı yayımlanacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdmanxeber.com-a verdiyi məlumata görə, "Stojitse" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı Ağdam təmsilçisi "dailymotion" internet kanalı vasitəsi ilə azarkeşlərə canlı nümayiş etdirəcək.

Qeyd edək ki, DÇ-2018-in bu gün keçiriləcək Xorvatiya - İngiltərə matçı ilə üst-üstə düşdüyündən heç bir kanal Sloveniyadakı qarşılaşmanı canlı yayımlamayacaq.