"Keşlə"də 4 yeni müqavilə

Oxunma: 245 TARIX /

"Keşlə" Sezar Meza Kolli və Əlibəy Məmmədlinin müqavilə müddətini uzadıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.

Bundan başqa, yeni transferlər Miloş Bosançiç və Bahodir Nəsimovun paytaxt klubu ilə bağladığı müqavilənin müddəti də açıqlanıb. Onlar qarşıdakı mövsümün sonuna kimi "Keşlə"nin formasını geyinəcəklər.