"Qarabağ"a göndərmə: "Messi bacarmayıbsa, biz edərik"

Oxunma: 689 TARIX /

"Şansları bərabər hesab edirəm. "Qarabağ" maliyyə cəhətdən bizdən üstündür və müqayisə edilə bilmərik. Ancaq bütün suallara meydanda aydınlıq gəlir. Əlimizdən gələni edəcəyik. Cavab görüşünə rahat çıxmaq üçün ağıllı oynamalıyıq".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Sloveniyanın "Olimpiya" klubunun yeni transferi Matiç Çrniç deyib.

O, "Qarabağ"ın yeni transferi Hannes Halldorssonun barədə danışıb: "Bu transfer onu göstərir ki, "Qarabağ" avrokuboklara ciddi yanaşır və hədəfləri olan klubdur. Onların maliyyə durumu bu cür transferlərə şərait yaradır. Messi Halldorssona qol vurmayıbsa, biz bunu edərik".

Qeyd edək ki, sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.