Komandalardan öncə prezidentlər üz-üzə

Oxunma: 171 TARIX /

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ" səfərdə "Olimpiya" ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, görüşdən öncə Ağdam klubunun prezidenti Tahir Gözəl və Lyublyana təmsilçisinin rəhbəri Milan Mandariç oyunöncəsi rəsmi yeməkdə bir araya gəldilər.

Xatırladaq ki, bu gün Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.