Ukraynalı futbolçu Bakı klubunda - RƏSMİ

Oxunma: 365 TARIX /

“Səbail” növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu ukraynalı legioner İqor Korotetskini “rənglərinə bağlayıb”.

Ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb.

Korotetski “Səbail”in bu yay fasiləsi dönəmində ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları - Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Vüqar Bəybalayev ("Sumqayıt") və Ruslan Qurbanovu ("Qəbələ") transfer edib, Fəhmin Muradbəylini ("Neftçi") icarəyə götürüb.