"Bakıda bizi daha çətin oyun gözləyir" - Qurban Qurbanov

Oxunma: 615 TARIX /

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” keçirilən ilk oyundan sonra deyib.

O, səfərdə qələbə qazandıqlarına baxmayaraq, Bakıdakı cavab oyununun daha çətin olacağını bildirib: “Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq".