Ötən gün "Olimpiya" üzərində qəlıəbə qazanan "Qarabağ" UEFA reytinqində Azərbaycanın irəliləməsinə səbəb olub.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın açıqladığı son reytinqdə Azərbaycan 1 pillə irəliləyərək 21-ci pilləyə qalxıb.

"Qarabağ"ın Sloveniyada qazandığı qələbə ölkəmizə 0.250 xal qazandırıb. Xalı 16.875-ə yüksələn Azərbaycan Belarusa çatsa da, əlavə göstəricilərdəki üstünlük sayəsində 21-ci yerə qalxıb.