“Neftçi” – “Uypeşt”: Nə qədər bilet satılıb?

Oxunma: 599 TARIX /

“Neftçi” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça maraq böyükdü.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin İdmanxeber.com-a verdiyi məlumata görə, bu saata qədər 3500-ə yaxın bilet satılıb. Satış çıxarılan biletlərin oyun saatına kimi tükənəcəyi gözlənilir.

Qeyd edək ki, matçın keçiriləcəyi "Dalğa Arena" 6700 tamaşaçı tutumuna malikdi.