"Qəbələ" - "Proqres": Azarkeşlərdən laqeyd münasibət

Oxunma: 678 TARIX /

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün "Proqres"lə qarşılaşacaq "Qəbələ"nin ev oyununa maraq elə də, böyük deyil.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin İdmanxeber.com-a verdiyi məlumata görə, satışa çıxarılan biletlərdən 500-ü satılıb. Oyun saatına kimi ən azından bu sayın çoxalacağı gözlənilir.

Qeyd edək ki, "Qəbələ"nin lüksemburqlularla matçı saat 20:00-da başlayacaq.