Premyer Liqanın 15-ci turunda "Sumqayıt" doğma meydanda "Neftçi"yə məğlub oldu - 2:1.

Oyundan sonra ev sahibi komandanın baş məşqçisi Aqil Məmmədov matç haqda fikirlərini səsləndirdi:

“Maraqlı oyun oldu. “Neftçi” həmişə çempionluğa oynayan komandadır. Biz də bu gün yaxşı oynadıq, komandadan razı qaldım. Fikrimcə, “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş hakim penalti vermədi”.